"28 ildir sənətdəyəm"
Müğənni Mətanət Əsədovanın bacısı Tutu Əsədovanın tanınmış ifaçı olduğu ortaya çıxıb.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi "5/5" verilişinin qonağı olub.
T.Əsədova aparıcının "Niyə bacınızla birlikdə efirə çıxmırsınız, tanınmırsınız” sualına belə cavab verib:
"Hərənin
öz aləmi var. Məni dəvət etdiniz gəldim. 28 ildir sənətdəyəm. Bacımdan
əvvəl oxuyuram. Efirə həvəsim olmayıb. Toylara gedirdim. Hacıbaba
Hüseynovun tələbəsiyəm. Asəf Zeynallı adına Musiqi Kollecində dərs
almışam. Musiqi savadım var”.