28 May Respublika Günü Türkiyənin İzmir şəhərində qeyd edilib

28  May Respublika Günü Türkiyənin İzmir şəhərində qeyd edilib

  Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü Türkiyənin İzmir şəhərində Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən qeyd edilib.
    İzmirin ən böyük salonlarından olan İsmət İnönü  Sənət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın, Türkiyənin müstəqilliyi uğrunda şəhid olanların və mayın 19-da Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və ardından hər iki ölkənin himni səsləndirilib.
    Daha sonra Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurban qonaqlara Respublika Gününün əhəmiyyəti, cümhuriyyətin yaranması, süqutu və 70 il sonra yenidən bayrağımızın yüksəldilməsi barədə danışaraq, hazırda üçrəngli bayrağımızın əmin əllərdə olduğunu vurğulayıb.
    İzmir şəhər merinin nümayəndəsi Muzaffər Tunçağ, İstanbul Azərbaycan Mədəniyyət Evinin sədri Hikmət Alp, İzmir Vəkillər Kollegiyasının sədri Aydın Özcan, Xaricdəki Türklər və Əqrəba Cəmiyyətlər Komitəsinin İzmir şəhəri üzrə rəhbəri Fırat Yaldız da çıxış edərək Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib və belə bir tədbirin təşkilinə görə Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin rəhbərliyinə təşəkkür ediblər.
   
Çıxışlardan sonra bayram tədbiri konsert proqramı ilə davam edib. Tədbirə  müxtəlif siyasi partiyalar və qeyri-hökümət təşkilatlarının nümayəndələri, İzmirdə yaşayan azərbaycanlılar, bu şəhərdə təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak edib.

 Diasporla İş üzrə Dövlət Komitəsi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az