Azərbaycanda 4 balıqçı Xəzərdə itkin düşüb.
Bu barədə Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.
T.Əliyevin sözlərinə görə, Neftçala rayonu, Qoltuq kəndinin 4 sakini avqust ayının 10-dan itkin düşüblər: "Onlardan biri də xalam oğludur. Həmin şəxslər bunlardır:
Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü
Abbasov Sahib Qarakişi oğlu, 1986-cı il təvəllüdlü
Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü
Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü”.
T.Əliyevin sözlərinə görə, adıçəkilən şəxslər 5 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur: "Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları iki gün sonra - avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən onlara bildirilib ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb”.
Virtualaz.org
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”