Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarına internetin verilməsi dayandırılıb.
Bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilmirlər.
Qeyd edək ki, bu rayonları internetlə "Delta Telekom” şirkəti təmin edir.
Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlıdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov bu məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. "Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq”, - deyə M.Əmirov vurğulayıb (APA).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL