Yusif Bəkirov: “ Əgər dövlət qurumu belə açıqlama yayırsa, bunun səbəbi göstərilməlidir”
Azərbaycanda küçədə yaşayan kimsəsizlərin sayının açıqlanmasına “Vətəninfo.az” saytına münasibət bildirən Uşaq Hüquqları Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov bildirib ki, cəmiyyətdən kənarlaşdırılmış olan bu uşaqların aqibəti o deməkdir ki, 438 nəfər uşaq potensial olaraq ya narkoman ya da cinayətkardır. “Bunları normal həyata qaytarmamaq o deməkdir ki, dövlət bu qədər cinayətkarı vətəndaş cəmiyyətinə buraxır. Əgər dövlət qurumu belə açıqlama yayırsa, bunun səbəbi göstərilməlidir. Yəni qurum bununla nə demək istəyir. Belə bir acınacaqlı vəziyyətdə dövlətin kimsəsizlərə pul ayırmasınımı istəyir yoxsa, komitənin bununla mübarizə apara bilmədiyini müəyyən dövlət qurumlarına çatdırmaq məqsədi daşıyır. Birinci növbədə bunlar aydınlaşdırılmalıdır”-deyə qeyd edib.
Onun sözlərinə görə, küçədə yaşayan uşaqların bəziləri internat evlərindən qaçırlar: “Səbəb isə onların zorakılığa məruz qalmasıdır. İkinci isə valideynlərinin yanından qaçmalarıdır ki, bunun da bir sıra səbəbləri var. Bütün bunlar araşdırılmalıdır və təqsirkar insanlar cinayətə cəlb olunmalıdır. Bunun nəticəsində müəyyən proqram qəbul olunmalıdır və həyata keçirilməlidir,-deyə fikrini tamamlayıb.
Ramilə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR