77 nəfəri zəhərləyən şadlıq evi satılır
Paytaxtda kütləvi zəhərlənmə baş verən şadlıq evi satışa qoyulub.
Vətəninfo.az-ın Axar.az-a istinadla xəbərinə görə, "Zəngəzur” şadlıq sarayına 3 milyon manat təklif olunub.
Məlumatda bildirilir ki, restorana "elçi” düşən yaxınlığındakı şadlıq evinin sahibidir. "White palace” adlı restoran kompleksin rəhbəri "Zəngəzur”un ona satılmasını təklif edib. Bu iki restoran arasında rəqabət olduğu söylənilir.
Xatırladaq ki, avqustun 8-də keçirilən toy mərasimində 77 nəfərin "paytaxt salatı”ndan zəhərlənməsi restoranın işinin dayandırılması ilə nəticələnmişdi.
Restoranın bağlandığı barədə məlumatı Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev açıqlamışdı.