"Türkiyə Hava Yolları” şirkətinin təyyarələri avqustun 12-dən İslamabad-Bakı-İstanbul marşrutu üzrə reysin həyata keçirilməsinə başlamalı idi, lakin texniki problemlərə görə reys təxirə salınıb.
Bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri deyib.
Xatırladaq ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Trend-ə üçtərəfli razılığa əsasən, reysin həfətədə iki dəfə - bazar ertəsi və cümə günləri "Türkiyə Hava Yolları”na məxsus təyyarələrlə həyata keçiriləcəyini bildirmişdi.
Biletlərin qiyməti təqribən 600-650 ABŞ dolları, uçuşun müddəti təxminən 3 saat olacaq.
Hava əlaqəsinin bərpa edilməsi ilə bağlı razılıq Pakistan prezidenti Məmnun Hüseynin ötən ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuşdu.
Mövcud İstanbul-İslamabad aviareysinin Bakıya kimi uzadılması məsələsi həmçinin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə müzakirə olunub.
Səfir bildirib ki, Azərbaycan və Pakistan hökumətləri aviareysin açılışının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına imkan yaradacağına ümid edir.
Trend
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”