Bu gün hansısa qüvvələr Taksimdə keçirilən mitinqi gözdən sala bilməz və o mitinq bir daha iki qardaş ölkənin birliyini, həmrəyliyini ortaya qoydu.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq nazir Ahmet Kenan Tanrıkulu “Vətəninfo.az”a Taksim meydanında Xocalı faciəsinin 20-ci il dönümü ilə bağlı keçirilən mitinq zamanı səsləndirilən irqçilik şüarları ilə əlaqədar olaraq keçirilən həbsləri şərh edərkən bildirib.
“Təbii ki, hansısa mitinqlərdə müxtəlif şüarlar səsləndirilə bilər. Bunun Taksimdə keçirilən Xocalı faciəsinə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Yəni, bu tipli şüarlar Taksim mitinqini gözdən sala bilməz. Xocalı faciəsi təkcə Azərbaycanın yox, bütün türk dünyasının faciəsidir. Həmçinin, insanlığa qarşı olan bir faciədir. Buna bütün dünya sərt cavab verməlidir. Onu da əlavə edib ki, artıq həbs edilən insanlar azadlığa çıxıblar.
Eyni zamanda, Türkiyənin bütün ictimai təşkilatları, idarə quruluşları, universitetləri və s. qurumları Xocalını soyqırım olaraq anmaladırlar və bu istiqamətdə çalışmalar həyata keçirilməlidir”-deyə,millət vəkili qeyd edib.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR