Kommersiya sazişi bağlamış bütün tərəflər, ilk növbədə, müqavilənin şərtlərinə əməl etməlidirlər. Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Yunanıstanın yeni hökumətinin Transadriatik qaz kəməri (TAP) üzrə imzalanmış sazişin rentabelli olmaması barədə bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Aİ qanunun aliliyinə əsaslanmış yeganə institutdur və qurumun bütün üzv ölkələri təşkilatın leqal bazasını formalaşdıran mövcud qayda, norma və prosedurlara əməl etməlidirlər.
SOCAR-ın Yunanıstanın DESFA qaz nəqli şirkətini əldə etməsi üzrə sazişə gəlincə, xanım M.Mard qeyd edib ki, saziş razılaşdırma mərhələsindədir ki, bu da standart prosedurdur və müqavilədə iştirak etmiş tərəflərə yönəlməyib.
O, əlavə edib ki, Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığı məsələsində ümumilikdə müsbət proses müşahidə edilir ki, bu da Avropanın enerji təhlükəsizliyinin artmasına və enerji tədarüklərinin şaxələndirilməsinə xidmət edir: "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə sadiqlik Avropa üçün birinci dərəcəli əhəmiyyət kəsb edir".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR