Fransada yaşayan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin verdiyi növbəti sensasion açıqlamalarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi və Binəqədi rayon icra hakimiyyətinin sabiq başçısı Alı Qocayevi hədəfə alıb: “10 oktyabr 2005-ci ildə deputatlığa namizəd olaraq, 8 saylı brinci Binəqədi Seçki Dairəsindən Azərbaycan Parlamentinə deputat seçildim və Mərkəzi Seçki Kommisiyası rəsmi olaraq mətbuat orqanlarında deputat seçilməyimi elan etdi. Lakin, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən mənə təzyiq olundu ki, deputatlığımı könüllü geri götürüm. Alı Qocayev məni zəng edərək edərək təbrik etmişdi, sən deputatsan. Ancaq sonradan qərarı dəyişdilər”.
Moderator.az-ın əməkdaşı hazırda Samux rayon icra hakimiyyətinin başçısı işləyən Alı Qocayevlə əlaqə saxlayıb. Saytımıza açıqlamasında icra başçısı Elşad Abdullayevin dediklərini şər-böhtan adlandırıb: “Elşad Abdullayevin Azərbaycanda böhtan atmadığı adam qalmayıb. Bu adam oturub Fransada, şou yaratmaqla məşğuldur. Onun mənim barəmdə dedikləri ağ yalandır. İcra hakimiyyəti seçkilərə qarışmır. Seçkinin nəticəsini icra başçısı yox, seçki komissiyaları elan edir”.
"Vətəninfo.az"
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”