"Allah təki belə ayrılıqlar versin" deməkdən başqa əldən heç nə gəlmir”
Müğənni İradə İbrahimova qızı İpəkdən ayrı qalıb.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, İstanbulda olan sənətçinin övladı Bodrumda istirahətdədir.
Onun üçün çox darıxdığını bildirən İ.İbrahimova bunları qeyd edib:
"Günləri
sayıram ki, tez gəlsin. Çox şükür balam böyüdü. Hətta o qədər yekəlib
ki, mənsiz istirahətə gedir. Millət deyəndə "qızım rəfiqələri ilə tətilə
göndərirəm, xarici ölkəyə yay kurslarına gedir” təəccüblənirdim. Heç
vaxt göndərmərəm deyirdim. Demək ki, bu həyatda böyük loxma yeyəcəksən,
amma böyük söz danışmayacaqsan. Həyat bunu da öyrətdi. Daha nələr
öyrədəcək kim bilir. "Allah təki belə ayrılıqlar versin" deməkdən başqa
əldən heç nə gəlmir”.
Qeyd edək ki, Ceyhun İzər adlı türkiyəli iş
adamı ilə ailə quran İ.İbrahimova ikinci dəfə ana olmağa hazırlaşır.
İfaçı oğlu olacağını bildirib.