“Anan bu hala düşəcəyini bilsəydi aborta gedərdi”
Ruminiyalı homoseksual müğənni Azisin Bakıda baş tutan konserti
cəmiyyət arasında birmənalı qarşılanmayıb. Konsert zamanı xanımların və
bəzi kişilərin Azisə qarşı göstərdikləri ilgi bir sıra tənqidçiləri bu
haqda danışmağa vadar edib.
Moderator.az-a açıqlama verən müğənni Əli Mirəliyev də Azisin Bakıdakı konsertinə müsbət yanaşmadığını deyib:
"Biz
kommunizim dövründə yaşamışıq, o zamanı bəyənmirik. Amma həmin vaxtlar
belə şeylər yox idi. İnsanlarımız adətlərinə, dinlərinə bağlı idi.
Cəmiyyət inkişaf edirdi, sağlam ailə, təhsil, tibb modeli formalaşmışdı.
İndiki bir qrup gənclərə, tələbələrə baxıram, onların bu əməlləri nə
cəmiyyətimizə, nə ölkəmizin inkişafına töhfə verməyəcək. Televiziyalar
bütün günü efirlərində bayağı verilişlər verərək insanların zövqünü
korlayırlar. Bizim Üzeyirimiz olub, muğamımız, Alimimiz var, hansı ki,
bütün dünya dinləyir. İndi bir Azisi dəstəkləyən, onu qarşılamaq üçün
canfəşanlıq edən gənclərdən nə gözləyəsən? Meymun kimı çıxır səhnədə
atdanıb-düşür, bilmirsən kişidir, yoxsa qadın. Ana uşaq dünyaya gətirir
ki, övladı böyüsün, təhsil alsın, ailə qursun. Bəzi kişiciklər gedib öz
həmcinsi ilə evlənir, onlara deməyim odur ki, anan bu hala düşəcəyini
bilsəydi aborta gedərdi.”