"Aparıcılar qalmaqal axtarır"
Müğənni Nadir Qafarzadə özü ilə bağlı iddialı açıqlama verib.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında özünü reytinqli ifaçı adlandırıb:
"İlhamə
Quliyeva mənə "Şah" titulunu verdi. Tapşırdı ki, hamı səni elə təqdim
etsin. Deyilən sözə əməl etmək lazımdır. Amma mən heç vaxt verilişlərdə
bunu tələb etmirəm. Çünki bu qalmaqal yaradar. İndi onsuz da bir çox
aparıcılar qalmaqal axtarır. Mən reytinqli müğənniyəm. Hər sözüm xəbər
olur. Sevilirəmsə, buna görə xalqıma minnətdaram".