"Arada söz gəzdirənlər olur"
Xalq artisti Aygün Kazımova avqustun 21-də baş tutacaq konserti ilə bağlı maraqlı açıqlamalar verib.
Vətəninfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni "Onlar”da gecədə geyinəcəyi libaslardan danışıb:
"Çox
möhtəşəm konsert olacaq. Bu il ölkəmizdə "Bakı 2015” kimi böyük hadisə
baş tutdu. Qərar verdim ki, konsertimi də orada bayrağımızı qaldıran,
himnimizi səsləndirən idmançılarımıza həsr edim. Bu dəfə tam fərqli
performans hazırlayıram. Türkiyədən rəqs qrupu gələcək. Saçlarımın
rəngi, ölçüsü dəyişib. Bu mənim ən uzun saçlarımdır. Ən çətin an isə
geyimimdir. Azərbaycandan, Gürcüstandan və Türkiyədən gənc modelyerlərlə
işləyirəm. O qədər gözəl eskizlər hazırlayılar ki. Şortiklə səhnəyə çox
çıxmışam. Mənim üçün səhnəyə belə çıxmaq adi haldır”.
A.Kazımova müğənni Azəri Günel Zeynalova ilə barışmalarından da bəhs edib:
"Günellə
Türkiyədə mənim ən sevimli mağazamda görüşdük, şəkil çəkdirdik. Vətəndə
heç görüşüb, bir araya gəlməmişik. Arada söz çatdıranlar var. Küsməkdə
onların da təsiri olur. Mən Seda Sayanın verilişində səhnə arxasında
Günellə görüşəndə də danışmışdıq. Günel deyəndə, ağlıma doğma və
ölkəmizi Türkiyədə layiqincə təmsil edən biri canlanır”.
Qeyd
edək ki, G.Zeynalova A.Kazımovanın "Şəklimi çək” mahnısını icazəsiz ifa
etmişdir. İfaçılar arasında küsülülk bunda sonra başlamışdı.