İlham Əliyevin qudası ona qarşı çıxışların sifariş olduğunu düşünür
"Veteninfo.az"ın "azadlıq"a istinadən verdiyi xəbərə görə, ölkə başçısı Ilham Əliyevin qudası, iş adamı Araz Ağalarov deputatlar Siyavuş Novruzov və Qüdrət Həsənquliyevə qəzəblənib. “Azadlıq”a Araz Ağalarova yaxın şəxslərdən biri deyib. Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, iş adamının qəzəblənməsinə səbəb adıçəkilən deputatların onun haqqında işlətdiyi fikirləridir.
“Araz müəllim hesab edir ki, həmin deputatlar bu fikirləri işlətmək cəsarətində deyillər. Onun fikrincə, deputatları danışdıranlar var. Lakin Araz müəllim konkret ad çəkməyib”, - deyə iş adamına yaxın şəxs bildirib.
Xatırladaq ki, Qüdrət Həsənquliyev Araz Ağalarovun Azərbaycanda nüfuzunun olmadığını bildirmişdi. “Məsələn, Araz Ağalarovun Azərbaycanda nə nüfuzu var? Qohumluq əlaqəsi başqa şeydir, söhbət xalq arasındakı nüfuzdan gedir. Əliyevlər ailəsi ilə qohum olana qədər ölkədə nə qədər adam Araz Ağalarovu tanıyırdı?”, - deyə vurğulamışdı.
Siyavuş Novruzov da təxminən eyni fikirləri səsləndirmişdi. O, bildirmişdi ki, Araz Ağalarovu və Rusiya Azərbaycan Təşkilatları Ittifaqında təmsil olunan digər milyarderləri tanımır və tanımaq da istəmir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR