ARGTMŞ Avropa Şurasının Fransada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

ARGTMŞ Avropa Şurasının Fransada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Şurasının Fransanın Strasburq şəhərində təşkil etdiyi “İkinci Dünya müharibəsini xatırlayırıq və öyrənirik” seminarında təmsil olunub. Tədbirdə ARGTMŞ-ı  onun üzvü olan Xəzər İntellektual Gənclər Klubunun rəhbəri Seymur Teymurov təmsil edib.
Avropa Şurası və Rusiya arasında ikitərəfli əməkdaşlıq çərçivəsində İkinci Dünya müharibəsinin başa çatmasının 70 illik yubileyi münasibətilə keçirilən seminarın məqsədi gənclər, gənclərlə iş mütəxəssisləri, gənc tədqiqatçılar və gənc liderlərin birbaşa iştirakı ilə Avropada  gənclər siyasəti sahəsində əməkdaşlığın inkişafıdır.
Seminarın proqramı insan hüquqları və vətəndaş təhsilinə  yanaşmalar əsasında Avropa Şurasının Gənclər Departamenti tərəfindən təşkil olunub. Seminar zamanı İkinci Dünya müharibəsinin səbəblərinin, nəticələrinin daha dərin başa düşülməsinə, insan hüquqlarının aliliyinə və onları qorumağının vacibliyinə, qarşılıqlı anlaşma üçün mədəniyyətlərarası dialoqun önəmi diqqət mərkəzinə çəkilib.
Tədbir plenar  iclaslar və işçi qruplar şəklində həyata keçirilib. Seminarın açılış mərasimi Avropa Şurası Gənclər şöbəsinin müdiri Antje Rothemund, Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Sergey Pospelov, Rusiya Milli Gənclər Şurasının sədri Qriqori Petuşkov, Avropa Şurasının Gənclər üzrə Birgə Şurasının nümayəndəsi Dimitrios Makrystathisin çıxışları ilə baş tutub. Tədbirin birinci günü tədbirin məqsədi, vəzifələri, metadologiyası tədbir iştirakçılarının nəzərinə çatdırılıb, iştirakçılar ilə fikir mübadiləsi aparılıb və gözləntiləri müəyyən olunub. Seminarın növbəti günündə qeyd olunanların fonunda  insan hüquqları və onun mahiyyəti haqqında iştirakçılara məlumat verilib və Avropa Şurası Siyasi İşlər Direktaratlığının direktor müavini Daniil Khochabonun çıxışı dinlənilib. Növbəti günlərdə iştirakçılar Strasburqda və yaxınlığında olan  xatirə yerlərini ziyarət edib, həmçinin İkinci Dünya müharibəsi veteranları ilə görüşüblər.


   



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az