Bu dəqiqələrdə (12.25) vicdan məhbusu Arif Hacılı 16 saylı cəzaçəkmə müəssisəsindən buraxılıb. Bu barədə musavat.com-a A.Hacılının vəkili Osman Kazımov məlumat verib. Onun sözlərinə görə, həbsdən müvəqqəti olaraq azad edilən A.Hacılı artıq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki zabitinin və onun - vəkil Osman Kazımovun müşayiəti ilə Zaqatalaya yola düşüb.
Xəbər verildiyi kimi, dünən A.Hacılının anası vəfat edib. A.Hacılının anasının dəfnində iştirak edəcək, hüzr mərasimlərini verdikdən sonra yenidən həbsxanaya qayıdacaq. A.Hacılıya bir həftə möhlət verilib.
Aldığımız xəbərə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər A.Hacılı ilə telefon əlaqəsi yaradıb və ona anasının vəfatından kədərləndiyini bildirərək, başsağlığı verib.
"Yeni Müsavat"ın əməkdaşı A.Hacılıya telefonla başsağlığı verərək ondan həbsdən bu motivlə və müvəqqəti də olsa azad olunmasına münasibətini soruşub. A.Hacılı deyib ki, bu addımı hakimiyyətin xoş məramı kimi qiymətləndirir.
Xatırladaq ki, son bir neçə ildə əzizləri vəfat edən bəzi məhbusların bir neçə günlüyə həbsdən azad edilməsi və yaxınlarının dəfnində iştirak etməsi ənənəsi yaranıb.
Musavat.com
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR