ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə görüşüb. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərin irəliləyişləri müzakirə edilib.
Görüşdə Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə keçən həftə Parisdə baş tutan görüşünün nəticələri müzakirə olunub.
Həmsədrlər qeyd ediblər ki, həmin görüşdə ilin sonunda tərəflərə təqdm olunmuş sülh prosesinin irəliləyişi və etibarın möhkəmləndirilməsi üzrə təklifləri müzakirə ediblər.
ATƏT sədri Minsk qrupunun həmsədrlərinin atəşkəs rejiminin möhkəmlədirilməsi və sülh danışıqlarında münaqişə tərəflərinə köməklik səylərini dəstəklədiyi bildirib: "Bu, Ukraynanın ATƏT-ə sədrliyi dövründəki prioritetlərindən biridir. Prosesin irəliləməsi üçün tərəflərlə daha sıx işləmək lazımdır. Mən regionda sülhün bərqərar olması üçün tərəfləri qətiyyət və siyasi iradə nümayiş etdirməyə çağırıram”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR