“I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədir. Ancaq burda bir məsələ var. O da erməni idmançılarının bu yarışlarda iştirak etməsinə icazə verilməsidir. Əgər ermənilər bu yarışda iştirak etsə, bu yarışların mühitinə xələl gətiriəcək”.
Bu sözləri Modern.az saytına Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, QAT-ın və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə Qarabağla bağla təbliğat xarakterli informasiya çarxı çəkilir: “Müxtəlif dillərdə Qarabağla bağlı informasiya çarxı hazırlanıb. Bu çarxda Qarabağın tarixi, müharibənin gedişi ilə bağlı 15-16 dəqiqəlik informasiya verilir. Həmin gün şəhərin müxtəlif yerlərinə, oyunların keçirildiyi ərazidə, idmançıların qaldıqları otellərin qarşısında Qarabağla bağlı informasiya çarxları və reklam şitləri yerləşdirilməsi barədə ideyamız var. Bununla bağlı bəzi təkliflər də var və hesab edirəm ki, bu, düzgün addımdır.
Ola bilsin ki, oyunlar ərəfəsində reklam çarxının paylanmasını təşkil edək. Hesab edirəm ki, bu, hakimiyyətin müəyyən strukturlarının iştirakı ilə həyata keçirilməlidir. Qarabağla bağlı informasiyanın yayılmasında televiziyalar, müxtəlif KİV-lər geniş yer ayırsa, istər-istəməz gələn qonaqlar bütün məlumatlara baxacaqlar. Bu informasiya çarxı demək olar hazırdır. Üzərində bəzi texniki məsələlər həll olunduqdan sonra qalır yayınlanması”.
Modern.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR