Avropada koronadan ölənlərin 95%-i yaşlılardır - ÜST

Avropada koronadan ölənlərin 95%-i yaşlılardır - ÜST
Avropada koronavirusdan ölənlərin 95%-i 60 yaşından yuxarı şəxslərdir.

Miq.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin nümayəndəsi Hans Klyuge deyib.

Onun sözlərinə görə, risk qrupuna daha çox ürək-damar xəstəliyi, yüksək təzyiqi və diabeti olanlar daxildir.

Klyuge həmçinin ölən hər 10 pasiyentdən 8-nin bir və ya iki xroniki xəstəlikdən əziyyət çəkdiyini deyib. ÜST nümayəndəsi bütün yaşlı insanların COVİD-19-u ağır şəkildə keçirmək riski altında olduğunu söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az