“Qanuni oğru” Ded Xasanın (Aslan Usoyan) tərəfdarları liderlərinin qətli ilə bağlı apardıqları araşdırmaya yekun vurublar.
Müqəssir azərbaycanlı avtoritet Rövşən Lənkəranski (Canıyev) müəyyən edilib.
Gün.Az “Rosbalt”a istinadən xəbər verir ki, ona və onun klanının üzvlərinə “hökm” oxunub.
Rəqiblərin aradan qaldırılması prosesinə artıq start verilib. Moskvada Rövşənin “sağ əli” olan Rufo Gəncanski ləqəbli “qanuni oğru” Rüfət Nəsibov qətlə yetirilib. Ded Xasan tərəfdarlarının hökmünə görə, Rövşənin klanı özü də başda olmaqla məhv ediləcək.
Hüquq-mühafizə orqanlarındakı mənbənin “Rosbalt”a bildirildiyinə görə, yanvarın 16-da Aslan Usoyan snayperlə vurulan zaman Rüfət Nəsibov Ukraynada olub. Ded Xasan ölən kimi Gəncanski Moskvaya gəlib, lakin burada olduğunu gizlətməyə çalışıb. Onun paytaxtda olduğunu çox az adam bilsə də, məlumat Ded Xasan tərəfdarlarının qulağına çatıb.
Yanvarın 28-i gecə saatlarında Nəsibovun yaşadığı yerə killerlər gəlib. “Qanuni oğru”nu görən kimi ona atəş açmağa başlayıblar, cəsədini baqaja qoyaraq naməlum istiqamətdə aparıblar. Ded Xasanın klanından məhz kimin bu cinayəti törətdiyi hələ ki, məlum deyil. Lakin qurbanı hadisə yerindən aparmaq dəst-xətti Lotu Qulu ləqəbi ilə tanınan avtoritet Nadir Səlifova məxsusdur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR