AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev bu gün ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Jeff Khurgel ilə görüşüb. “Vətəninfo.az”a AXCP-dən verilən məlumatda deyilir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Eurovision sonrası baş verən hadisələr, son zamanlar AXCP üzvü olan gənclərin özlərinin və valideynlərinin polisə çağrılması barədə geniş müzakirə aparılıb. Razi Nurullayev son zamanlar 2 aprel məhbusları, o cümlədən bu kateqoriyadan kənar olan vicdan mıhbuslarının azad olunması ətrafında yaranan bir sıra anlaşılmazlıqlara da aydınlıq gətirib. Məlumata görə, görüşdə bildirilib ki, vicdan məhbuslarının adından bəzən həqiqətə uyğun olmayan məlumatlar da yayılır və məqsəd müxalifəti hədəf götürməkdir.
Görüşdə AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidovun həbsi də tərəflər arasında müzakirə edilib. Qeyd edilib ki, Elnur Seyidovun həbsində qaranlıq məqamlar var və üstəlik onun ciddi xəstə olması faktı da ortadadır. Lakin, buna baxmayaraq, onun zaminə buraxılmasına belə əngəllər törədilir.
Daha sonra, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR