Azərbaycan Avrasiya Gömrük İttifaqına qoşulmayacaq.
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəyan edib.
A.Əliyev bildirib ki, Ümumdünya Gömrük Təşkilatının ötən il Brüsseldə keçirilən iclasında Avrasiya Gömrük İttifaqının gömrük əməkdaşlığı naziri tərəfindən Azərbaycana təşkilata qoşulmaq təklif olunub, lakin həmin görüşdə Azərbaycan tərəfi quruma qoşulmayacağını bəyan edib.
«Bu gün Azərbaycan hökumətinin və gömrük xidmətinin mövqeyi ondan ibarətdir ki, biz Avrasiya Gömrük İttifaqına qoşulmaqdan uzağıq və bunu perspektivdə də görmürük. Azərbaycan müstəqil ölkədir və bu davam edəcək», - deyə A.Əliyev bildirib.
Qeyd edək ki, hazırda Avrasiya Gömrük İttifaqının üzvləri Rusiya, Belarus və Qazaxıstandır. İttifaq çərçivəsində gömrük rüsümları və digər iqtisadi xarakterli məhdudiyyətlər tətbiq edilmir.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR