Bu sözləri “Vətəninfo.az”a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bu gün Vaşinqtonda növbəti ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu keçirilməsini şərh edərkən bildirib: “Bu görüş bir daha Azərbaycanın öz təhlükəsizliyini hansı təhlükəsizlik sisteminə bağlamaq istədiyinin göstəricisidir və bu, çox doğru addımdır. Çünki Azərbaycan demək olar ki, Gürcüstan xaric bütün çevrə ölkələri tərəfindən təhdid edilir. Bu, həm də bir daha Azərbaycanın neytrallara qoşulmasının yanlış qərar olduğunun göstəricisidir. Azərbaycan öz təhlükəsizliyin alternativi olmayanı AvroAtlantik məkana-NATO sisteminə bağlamalıdır. Yalnız bu güc yaxın müddət üçün Azərbaycanın müstəqilliyinin qarantı ola bilər.
Ona görə də Azərbaycan üçün bəzi prioritetlərin, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bu görüş ABŞ-ın regiondakı geosiyasi, Qərbin enerji təhlükəsizliyi və Xəzər hövzəsinə nəzarət və digər hərbi maraqlarına baxımından əhəmiyyət daşıyır”,-deyə politoloq vurğulayıb.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR