“Bizim məqsədimiz ABŞ ilə Azərbaycan arasında dostluğu genişləndirməkdir”.
“Veteninfo.az”ın məlumatına görə, bu bəyanatla ABŞ Konqresinin üzvü Bill Kassidi Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr edilən ikigünlük konfransda çıxış edib. Luiziana ştatından seçilən respublikaçı konqresmen bildirib ki, bu dostluğu mədəni mübadilələr və ticarət artımı hesabına genişləndirmək lazımdır:
“Siz bunların hamısını etməyə səy göstərirsiniz. Buna görə mən sizə minnətdarlığımı bildirirəm. Hər iki tərəf üçün ümumi narahatlıq yaradan mövzu beynəlxalq təhlükəsizlik, xüsusilə də enerji təhlükəsizliyidir. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır”. – deyə qeyd edən Bill Kassidi əlavə edib ki, Azərbaycanla ABŞ-ın təkcə Mərkəzi Asiya bölgəsində deyil, Qərbi Avropa və digər yerlərdə də birgə atacağı addımlar var.
“Qarşımızdakı sual isə ondan ibarətdir ki, bu ümumi rolumuzu necə canlandıra bilərik? Zənnimcə, biz çox şeyə qarşılıqlı təmaslar yolu ilə nail ola bilərik”.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR