Azərbaycan gəncləri Belarusda “Temp – 2015” beynəlxalq forumunda iştirak edirlər

Azərbaycan gəncləri Belarusda “Temp – 2015”  beynəlxalq forumunda iştirak edirlər

Belarusda keçirilən "Temp – 2015” forumu gənclərin problemlərini müzakirə etmək üçün gözəl məkandır. Bu sözləri Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Orda həmkarlar ittifaqlarının gənc fəallarının "Temp – 2015” beynəlxalq maarifləndirmə forumunun açılışında deyib.

O bildirib ki, hazırda "Temp”in birinci forumu keçirilir. Forumda Azərbaycan, Belarus, Qazaxıstan, Kipr, Qırğızıstan, Moldova, Rusiya və Tacikistandan həmkarlar ittifaqlarının gənc fəalları iştirak edirlər.

"Temp – 2015” beynəlxalq forumu iyulun 20-dən 24-dək keçirilir. Əsas məqsəd gənclər, dövlət qurumları və biznes dairələri arasında diskussiya meydanı yaratmaq, həmkarlar ittifaqları barədə gənclərin maraqlarını qorumağa qadir olan güclü təşkilat təsəvvürü formalaşdırmaqdır.

Forumun proqramında bir sıra tədbirlər, o cümlədən Müstəqillik Sarayını, Böyük Vətən Müharibəsi Muzeyini və Belarus Milli Kitabxanasını ziyarət etmək nəzərdə tutulub.

"Temp – 2015”in iştirakçıları kreativ təfəkkür, imic və işgüzar etiketin inkişafına dair treninqlərdə iştirak edəcək, Belarusun aparıcı KİV-lərinin işi ilə tanış olacaq, habelə idman və ekoloji mövzuda müsabiqələrdə iştirak edəcəklər.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az