Fransanın erməni təşkilatları ölkə rəhbərliyinə müraciət ediblər.
Vətəninfo.az Ölkə.az-a istinadla xəbər verir ki, 3 sentyabr tarixində Paris meriyasının 1-ci dairəsində "Pale-Royalın ürəyində Azərbaycan kəndi" tədbirinin keçiriləcəyi erməniləri bərk təşvişə salıb.
Azərbaycanla Fransanın arasında getdikcə möhkəmlənən ikitərəfli əlaqələri gözü götürməyən ermənilər mütəmadi olaraq bu əlaqələri pozmaq cəhdləri edirlər. Bu dəfə ermənilərin şivəninə səbəb isə "Pale-Royalın ürəyində Azərbaycan kəndi" tədbiri olub. Tədbirdə Azərbaycan mədəniyyətinin, mətbəxinin, musiqisinin tanıdılacağı, Azərbaycan haqqında fransız dilində kitablar paylanacağı, xalçaçılıqdan tutmuş nəqqaşlığa qədər Azərbaycan incəsənətinin sərgilənəcəyi bildirilir. Tədbirə Fransanın bir çox siyasətçiləri, ictimai xadimləri, ziyalıları, iş adamlarının qatılacağı gözlənilir. Həmçinin tədbirdə Fransadakı diplomatik korpusun nümayəndələri də iştirak edəcək.
Artıq Fransa KİV-lərində "Pale-Royalın ürəyində Azərbaycan kəndi" tədbirinin işıqlandırılması xəbis erməni mahiyyətini üzə çıxararaq şivən kampaniyasının başlamasına səbəb olub. Amma tədbirin təşkilatçıları bədxahlarımızın bütün səylərinə baxmayaraq onun yüksək səviyyədə keçitriləcəyini deyirlər.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”