Deputat Vahid Əhmədov fevralın 12-də Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilən ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasın;n keçirilməsinə münasibət bildirib. Vətəninfo.az saytının məlumatına görə, Vahid Əhmədov Milli Məclisin bugünkü iclasında bu barədə danışarkən söyləyib ki, bəziləri “Cənub Qaz Dəhlizi” layihəsinin realaşmasına problem yaratmaq istəyirlər:
“Son zamanlar bu layihəyə problem yaratmaq istəyini müşahidə etmək olar. Rusiya “Cənub axını” layihəsi əsasında öz qazını Avropa bazarına çıxarmaq istəyir. Türkiyənin enerji naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında da Rusiya tərəfindən açıqlamalar verilir. Fikrimcə, burada məqsəd odur ki, Azərbaycan qazını mümkün qədər Avropaya gec çıxarsın. Deputatlar xaricdə səfərdə olanda bu haqda da danışmalı və bildirməlidirlər ki, bu, Avropa üçün də əhəmiyyətlidir. Neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR