Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Mətbuat Şurası dərnəyinin rəhbəri Tamər Atabarutla görüşüb. Mətbuat Şurasının ofisində baş tutan görüşdə hər iki qurum arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub.
Mətbuat Şurasından “Vətəninfo.az” a daxil olan məlumata görə, Şura sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq təmaslarının qurulmasında Türkiyə Mətbuat Şurası ilə münasibətlər mühüm rol oynayıb.
O, Mətbuat Şurasının fəaliyyət istiqamətləri ilə bağlı da ətraflı məlumat verib.
Tamər Atabarut son illər Azərbaycan və Türkiyənin media qurumları arasında əlaqələrin artdığına diqqət çəkib. Bunu hər iki ölkənin ortaq maraqlarının ifadəsi baxımından faydalı tendensiya kimi dəyərləndirən Türkiyə Mətbuat Şurası dərnəyinin rəhbəri mövcud istiqamətdəki fəaliyyətin daha da gücləndirilməsini zəruri sayıb.
Görüşdə Mətbuat Şurası və Türkiyə Mətbuat Şurasının medianın özünütənzimləməsi sahəsindəki təcrübə mübadiləsinin dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə jurnalistlərinin qarşılıqlı təmaslarının gücləndirilməsi məqsədilə birgə konfransların, Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana səfərlərin təşkili qərara alınıb. Görüşdə media təhsili sahəsində də əməkdaşlığın prioritet istiqamətlərinə dair də diskussiyalar aparılıb.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR