Azərbaycanda təhsil xərcləri artırılır.
Modern.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
Nazir bildirib ki, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlar üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu.
Nazir onu da deyib ki, bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb.
"Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək”.
Nazir bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsində 200 milyondan artıq əlavə vəsatin ayrılması nəzərdə tutulub.
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb