Dünən Neftçala rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Miq.az xəbər verir ki, saat 18:15-də Salyan-Neftçala yolunun 37-ci kilometrliyində 03.08.1984-cü il təvəllüdlü Qurbanov Vasif Vaqif oğlunun idarə etdiyi "VAZ 21214" markalı, 90 SD 432 nömrə nişanlı avtomobil, Bağəli Şirinovun sürdüyü "T-28" markalı traktorun qoşqusuna çırpılıb. Daha sonra avtomobil idarəetmədən çıxaraq "Kredit Evi" kredit təşkilatının Neftçala filialının kredit mütəxəssisi Ələkbərov Şahmar Vahid oğlunun sürdüyü 47 BD 441 nömrə nişanlı, "Mitsubishi Pajero İO" markalı digər minik maşınına çırpılıb. Nəticədə Vasif Qurbanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Məlumata görə, hadisə Xıllı kəndi ərazisində Şahmar Ələkbərov işdən evə gedərkən baş verib. Qəzada ölən 34 yaşlı Vasif nişanlı olub və bu həftə nişan mərasimi baş tutacaqmış. O, "Aqrolizinq"in Neftçala rayon bölməsinin müdiri Vaqif Qurbanovun oğludur.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir./Publika.az

HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb