Prezident İlham Əliyev: “Azərbaycan bu qurumda ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəkdir”
"Vətəninfo.az"ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev dünən Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zaman bildirib.
Prezident bəyan edib ki, gələn ay Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik funksiyasını üzərinə götürəcəkdir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dünyanın ən böyük, ən mötəbər, ən vacib qurumuna sədrlik edəcək: “Biz BMT Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik. Bizim mövqeyimiz ədalətlidir, ölkəmizin müstəqil siyasəti üzərində qurulmuşdur”.
İlk günlərdən Azərbaycanın BMT Təhlükəsizlik Şurasında öz prinsipiallığı, mövqeyi ilə seçildiyini qeyd edən dövlətimizin başçısı qeyd edib: “Biz heç vaxt öz mövqeyimizi gizlətməmişik və heç vaxt gizlətməyəcəyik, çünki bizim mövqeyimiz ədalətlidir”.
Rövşən Ziya
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR