Rusiyanın Azərbaycan mənşəli teatr və kino aktrisası Səbinə Əhmədova uydurma “erməni soyqırımı”nı təbliğ edən və Moskva erməni diasporunun maliyyələşdirdiyi “Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filminə çəkilib. Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, Rusiya ermənilərinin “ArmeniaFutura” layihəsi çərçivəsində çəkilən filmdə hadisələr İstanbul və Sankt-Peterburqda cərəyan edir.
Filmin birinci hissəsində Səbinə Əhmədovanın da canlandırdığı erməni ailəsinin 1915-ci ildə İstanbuldakı həyatı, 2-ci hissədə isə onun “soyqırımı”ndan sağ qalan qızınının Sankt-Peterbuqdakı həyatı təsvir olunur.
Filmin ideya müəllifi Emil Arzanqulyan, ssenaristi Narine Aqabalyan və quruluşçu rejissoru isə Aleksandr Sabadır.
“Erməni soyqırımı”nı təbliğ edən filmdə çəkilən Səbinə Gülbəlay qızı Əhmədova 1981-ci il sentyabrın 23-də Bakıda anadan olub. O, Rusiyada böyük auditoriya toplayan “Klub” serialında, “Böyük şəhərdə sevgi”, “Olimpius İnferno”, “8 ilk görüş” filmlərində çəkilib. Son illərdə isə Səbinə Əhmədova Hollivud filmlərində də rol almağa başlayıb. O, ABŞ-da çəkilən “Mavi arzu”, “Kişilər yalan danışmır” filmlərində və “Sibir” teleserialında oynayacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR