Nyu-York Tayms qəzetinin səyahətlər bölməsində bir neçə həftə öncə yerləşdirilmiş “A Warm Welcome in the Caucasus Mountains” adlı Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı qondarma qurumu təbliğ etməyə cəhd edən məqaləyə Azərbaycan Respublikasının Vaşınqtondakı Səfirliyinin müşaviri Məmməd Talıbovun cavabı dərc olunmuşdur.
“Displacement in Azerbaijan” başlığı altında çap olunan bu cavabda (http://www.nytimes.com/2015/05/17/travel/letters-to-the-travel-editor.html?_r=0 ) yuxarıda qeyd olunan parçada müəllifin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı və bunun nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının doğma evlərindən didərgin düşmələri barədə məlumatın oxucuların diqqətinə çatdırmadığı bildirilir. Qeyd olunur ki, müəllif oxuculara qeyri-qanuni işğal olunmuş bu ərazilərə səfər etməklə Azərbaycan qanunvericiliyini pozmuş olacaqları və ölkəmizə gələcəkdə səfər etmək imkanından məhrum ediləcəkləri barədə heç bir məlumat vermir, həmçinin o, bir çox ölkələrin rəsmi qurumları, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən bu ərazilərə qeyri-qanuni səfərlərə qadağa qoyulduğu barədə susur.
Bildirilir ki, Azərbaycan bütün məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıdmasına və gələcəkdə turistlərin Azərbaycanın bu gözəl quşəsinə səfər etmələrinin mümkün olması üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti davam edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR