Böyük Britaniyanın paytaxtı Londonda dekabrın 9-da Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya GAİP-in Böyük Britaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib.
O bildirib ki, aksiya Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 67-ci ildönümünə həsr olunub: “Ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 14:00-da əllərində bayraqlar və plakatlarla Böyük Britaniyanın Baş Nazirliyinin binasının qarşısına toplaşdılar. Aksiya iki saat davam etdi. Nümayişçilər “And olsun Səttarxana, Od salarıq Tehrana!”, “Quzey, Güney bir olsun, İran, gözün kor olsun!”, “Ölüm olsun fars şovinizminə!” kimi milli və siyasi məzmunlu şüarlar səsləndirdilər. İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin azadlığa buraxılmasını, orada yaşayan azərbaycanlıların pozulan hüquqlarının təmin olunmasını tələb etdik”.
İnsidentsiz keçən piketin sonunda bəyanat oxunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR