"Azərişıq" borclu abonentlərin işığını kəsəcək
"Azərişıq” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış
abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-i saat 12:00-dan
etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada
dayandırılacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış
borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən
Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik
enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş
şəxslərin qanunvericiliyə uyğun "Azərişıq” tərəfindən ciddi tədbirlər
görüləcək.
"Azərişıq" tərəfindən elektrik enerjisi təchizatı ilə bağlı
abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş
elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.