AzTV-də "Səs Azərbaycan” ( "The Voice”) musiqi yarışmasının seçim turları başlayıb.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, artıq bu barədə məlumat Azərbaycan Televiziyasının saytında yerləşdirilib.Səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər.
Bundan başqa, "Səs Azərbaycan” layihəsinə qatılmaq və əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.
Qeyd edək ki, indiyə qədər "The Voice” dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib.
Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qiran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir. Yeni televiziya mövsümündən başlayaraq, tamaşaçılar AzTV-nin efirində əsrarəngiz səs sahiblərinin aşkara çıxarılması mərhələsini izləyə biləcəklər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL