Bu gün Bakı metrosunda insanların sıxlığı əvvəlki günlərdən 2,5-3 dəfə çox olub.
Vizual Milli.az-a istinadən bildirir ki, "Dərnəgül" - "Həzi Aslanov" xəttində qatarlar bir neçə dəfə tunellərdə gözləyib.
Metronun "28 May" stansiyasında qatarların hərəkət istiqamətini bildirən məlumat tablosunda yanlış olaraq hər iki istiqamətə ("Dərnəgül" - "Həzi Aslanov" və "Həzi Aslanov" - "Dərnəgül") "Dərnəgül" və "İçərişəhər" elanı verilib.
***
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metrodakı sıxlığın səbəbini belə izah edib:
"Bu gün səhər saat 8-ə qalmış "Həzi Aslanov"-"Dərnəgül" xətti üzrə hərəkət edən qatarlardan birində texniki nasazlıq qeydə alınıb. Lakin qatar əlavə kömək olmadan hərəkətə gəlib, daha sonra isə depoya göndərilib. Məhz bu fakt digər qatarların da nisbətən gecikməsinə səbəb olub. Hələlik nasazlığın səbəbi məlum deyil. Nasaz qatar xətdən çıxarıldıqdan sonra digər qatarların normal hərəkəti bərpa olunub və artıq saat 9:00-dan etibarən tam qrafiki üzrə işləyir. Hazırda stansiyalarda da sərnişin sıxlığı müşahidə olunmur"./Milli.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL