Bakıda "itkin düşən" qızın sorağı Türkiyədən gəldi

Bakıda

Bir neçə gün əvvəl Bakıda itkin düşməsi ilə bağlı axtarışa verilən 22 yaşlı qızdan artıq xəbər var: polis onun sorağını Türkiyədən alıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Rəfiqə Məmmədova evdən çıxıb və geri qayıtmayıb. Polisin apardığı araşdırmadan sonra qaranlıq məqamlara aydınlıq gəlib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən sayta bildirilib ki, R.Məmmədovanın Türkiyə vətəndaşı ilə sevgi münasibətləri olub. Ailəsi buna etiraz etsə də, o, münasibətini davam etdirib. Bir neçə gün əvvəl isə oğlana qoşularaq evdən qaçıb.

Hazırda onların Türkiyədə olduğu bildirilir.

Milli.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az