Bakı Metropolitenində yenicə istifadəyə verilən "Bakıkart”ın dizaynı oğurluq çıxıb.
Vətəninfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynadakı ali məktəblərdən birinin tələbəsi olan operator Nəriman Süleymanov sosial şəbəkədə yazıb.
Süleymanov iki il öncə çəkdiyi fotonu paylaşaraq bildirib ki, "Bakıkart”ın üzərində olan foto ona məxsusdur: "Bu gördüyünüz yeni istifadəyə verilmiş "Bakıkart”dır. Sağdakı gördüyünüz kartın üzərindəki şəklin dizaynı isə mənə məxsusdur. İki il öncə hazırlamışdım. Xəbərim olmadan şəkil kartın üzərində çap olunub və icazə almadan şəkilə dəyişiklik olunub. Belə ki, "Heydər Əliyev Mərkəzi”nin fotosu da kartın üzərində əksini tapıb. Bu da şəklin orijinalı”- o yazıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, "Bakıkart” metropolitenin məhsulu deyil.
"Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev sayta bu faktı nə təkzib, nə də təsdiq edib. C.Əliyev bu məsələ ilə bağlı hər hansı şərh vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də Bakı Metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. Qiymətlərə gəlincə, "Bakıkart”ın (plastik kart) satışı 2 manat, "Bakıkart məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir.



Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ