Xəbər verildiyi kimi, bu gün İctimai Palata (İP) Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirəcək.
Piket üçün BŞİH-yə bir həftə əvvəldən müraciət edilsə də, İP-ə mənfi cavab verilib, 6 maya təyin olunmuş mitinqlə bağlı müraciətə verilən cavab məktubunda 7 mayda piket keçirilməsinin məqsədəuyğun olmadığı yazılıb.
Əməkdaşlarımızın şəhərin mərkəzi hissəsindən verdikləri xəbərə görə, artıq polis qüvvələri Fəvvarələr bağından tutmuş Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi küçəyə qədər bir çox küçələri nəzarətə götürüb. Müxalifətin etiraz piketinin qarşısını almaq üçün çox sayda polis qüvvələri səfərbər olunub. Bundan başqa, ətrafda çoxlu mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaçları da gözə dəyir.
Əməkdaşlarımızın veridiyi xəbərə görə, onlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu BŞİH binasında çıxıb harasa gedərkən görüblər. Jurnalistlər şəhər rəhbərinə yaxınlaşaraq ona bugünkü piketlə bağlı sual vermək istəyərkən Abutalıbov onlara cavab verməyib və sözün birbaşa mənasında qaçaraq uzaqlaşıb.
Onu da qeyd edək ki, müxalifət piketin nə vaxt, günün hansı saatında keçiriləcəyi barədə məlumat açıqlamayıb. Bununla belə, güman olunur ki, aksiya saat 12 radələrində baş tuta bilər.
Musavat.com
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR