İraqın hökumət qüvvələri ilə kürd muxtariyyətinin silahlı dəstələri arasında baş vermiş qarşıdurma barədə bu yaxınlarda xəbər vermişdik. Bu gün isə İraq kürd muxtar bölgəsinin rəhbəri Məsud Bərzaninin İraqın baş naziri Nuri əl-Malikini yenidən tənqid edib. Bu barədə “Turkish Weekly” jurnalının yaydığı xəbərdə deyilir.
Məsud Bərzani bildirib ki, biz qan tökülməsinin əleyhinəyik. Peşmərgələri (qeyri-qanuni yarımhərbi birləşmələr) ziyarət edən yerli kürd muxtariyyətinin rəhbəri deyib: “Biz nə öz uşaqlarımızın, nə də qardaşlarımızın (ərəbləri nəzərdə tutur.) qanının tökülməsini istəmirik. Amma əgər siz müharibə istəmirsizsə müharibəyə hazır olmalısınız.“
Kərkükün şimalındakı peşmərgələrlə görüşdə İraqın baş naziri Nuri əl-Malikini tənqid edən Bərzani onu konstitusiyanı pozmaqda ittiham edib. Belə ki, o, baş nazir tərəfindən parlamentin razılığı olmadan ordu rəhbərliyini təyin etməsini qanunsuzluq kimi dəyərləndirib.
O, bəyan edib ki, biz müharibədən qorxmuruq, amma heç kimin qanının tökülməsini də istəmirik. Amma müharibə alovlansa bunun səbəbkarı peşmərgələr olmayacaq. Amma onlar öz torpaqlarını qorumaq üçün hər şeyi edəcəklər.
Musavat.com
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR