“Beynxalq təşkilatların Rasim Əliyev olayında mövqeyi qərəzlidir” - “Rasim Əliyev məişət zorakılığının qurbanı olub”
Beynəlxaql
təşkilatların mərhum jurnalist Rasim Əliyevlə bağlı verdiyi bəyanat
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında birmənalı
qarşılanmır.
Bununla bağlı Vətəninfo.az-a açıqlama
verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Amnesty
İnernationalın və bəzi beynəlxalq təşkilatların veridyi verdiyi
bəyanatda qərəzlilik müşahidə edilir:
”Azərbaycan
ictimaiyyəti baş vermiş hadisəni məişət hadisəsi olduğunu açıq şəkildə
gördü. Bu cür hadisələr ən inkişaf etmiş ölkələrdə belə baş verir.
Təhqirə görə bəzən insaları döyürlər və xəsarət yetirirlər. Hansı ölkədə
bu baş vermir ki? ABŞ-da, Almaniya da, Fransa da və digər ölkələrdə hər
gün təhqirə, söyüşə görə fiziki zorakılıq olur. Bütün düyna
telekanlları bu cür xəbərlər yayırlar. Bu təşkilatların verdiyi bəyanat
bir daha sübut edir ki, bunlar Azərbaycan dövlətinə qarşı qərəzlidilər.
Və fürsətdən isitfadə edirlər.
Mərhum
jurnalist Rasim Əliyev sosial şəbəkədə idmançını təhqir etidyinə görə,
qohumları tərəfindən zorakılığa məruz qalıb və aldığı xəsarətlər
nəticəsində dünyasını dəyişib. Bir neçə ay bundan qabaq 11-ci sinif
şagirdi də məhz facbook-da təhqir yazdığına görə, dostu tərəfindən qətlə
yetirilmişdir. Yəni dediyim odur ki, hər gün bütün ölkələrədə
facebook-da təhqir yazdığına görə, döyülür, fiziki zorakılğa məruz
qalırlar. Elə bir ölkə yoxdur ki, bu cür faktlar qeydə alınmasın. Heç
bir ölkə bu cür hadisələrdən sığortalanmayıb.
Rasim Əliyev olayına görə, dərhal Azərbaycan Respublikasının
prezidentinin köməkçisi Əli Həsənov münasibət bildirdi. Bundan sonra bu
hadisənin cənab prezidentin öz nəzarətinə götürdüyü haqda məlumatlar
verildi. İki gün ərzində jurnalisti döyməkdə şübhəli bilinən 6 nəfərin
hamısı həbsə alındı. Və istintaq gedir. Və bu hadisəyə görə hökümət
bütün zəruri addımları atdı. Kimliyində aslı olmayaraq 6 nəfərin hər
biri həbs olunub. Belə də olmalı idi.
Biz
hüquqi dövlətdə yaşayırıq. Kimsə kiməsə zor tətbiq edə bilməz. Bu
yolverilməzdir. Hər kəslə hüququ dildə danışmalıyıq. Hökümətin belə bir
münasibəti olduğu halda, yenə də Azərbaycanın əleyhinə olan beynəlxalq
təşkilatlar öz çirkin məqsədlərindən istifadə edirlər. Bunu da bütün
icitmaiyyət görür. Azərbaycanda internet və mətbuat azadlığı var. Və
bunu heç kim inkar edə bilməz.”