"Bəzi şeylər var ki, onları danışmağım mümkün deyil"
Xalq artisti Həmidə Ömərova həyatda üzləşdiyi çətinliklərdən danışıb.
Aktrisa "Yeri gəlmişkən” verilişində yaradıcılığa gəldiyi gündən etdiyi fədakarlıqları xatırlayıb:
"Elə
bir qadın yoxdur ki, həyatda çətinliklərlə üzləşməsin. Hər bir qadın
seçim qarşısında qalır. Mən də belə halla üzləşmişəm. Öz ambisiyalarım,
istəklərim üstündən xətt çəkmişəm. Borclu olduğum işi görmüşəm. Bəzi
şeylər var ki, onları danışmağım mümkün deyil. Bu mənim ana, dost və
qadın kimi borcum idi. Aktrisa olmaqla, mən böyük fədakarlıq etdim. Ailə
qurmaya bilərdim. Çünki bizim vaxtımızda qadının bu peşəyə gəlməsi
qəbul olunmurdu. Mənim də ailəmdə etirazlar oldu. İndi aktrisalıq dəbə
düşüb, hamı məşhurlaşmağı, jurnalların üz qabığına çıxmağı xoşlayır.
Övladımı çətinliklə böyütmüşəm. Diqqətsiz qalırdı. Həm çəkilişlərdə
olurdum, həm də oğluma baxmalıydım. Dublyaja gedəndə oğlumu yanımda
aparırdım. "Retro” çəkiləndə yanımda olurdu. Nə edim, onu evdə qoymağa
ürəyim razı olmurdu”.
Axşam.az