Bu gün İmişli rayonunda etiraz aksiyasının keçirilməsi ilə bağlı xəbərlər və fotolar yayılıb.
İmişlinin millət vəkili Çingiz Qənizadə bununla bağlı xəbər portalarına açıqlama verib.
Ç. Qənizadə bildirib ki, bu məlumat ilk olaraq Turan İnformasiya Agentliyində yayılıb: “Məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti və vəzifəli şəxslərlə əlaqə saxladım. Aydın oldu ki, bu gün evləri qəzalı şəraitdə olan bir neçə qadın İmişli Rayon İcra Hakimiyyətinin binasına gəlib. Onlar yeni ev verilməsini tələb ediblər”.
Millət vəkili onu da qeyd edib ki, təbii ki, İcra Hakimiyyətinin ev vermək səlahiyyəti yoxdur, bu işlə birbaşa Fövqaladə Hallar Nazirliyi məşğul olur: “Mətbuatda yayılan fotolar isə bu gün çəkilməyib. Düşünürəm ki, bu qərəzli bir hərəkətdir. Xəbəri dəqiqləşdirmədən mətbuata çıxaran KİV-ə təəssüf edirəm. Hazırda İmişli rayonunda sakitlikdir, heç bir hadisə baş verməyib”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR