Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin hərbi yolla həll variantı yoxdur. Vətəninfo.az Trend-ə istinadən məlumat verir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Azernews” qəzetinə eksklüziv müsahibəsində deyib.
C.Appaturay siyasi proseslərin nəticə verəcəyinə ümid etdiyini bildirib. Bununla belə, C.Appaturay NATO-nun münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda birbaşa rolunun olmadığını diqqətə çatdırıb:
“Biz Minsk prosesini dəstəkləyirik. Eyni zamanda, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən narahatlığımızı ifadə edirik”.
C.Appaturay əlavə edib ki, NATO yalnız əlavə rol oynamaqla, çoxtərəfli görüşlər çərçivəsində Azərbaycan və Ermənistandan olan siyasətçilər, diplomatlar və hərbçilər arasında təmasların qurulmasına şərait yarada bilər.
C.Appaturay bu cür təmasların müsbət nəticələr verə biləcəyinə ümid etdiyini bildirərək ötən il Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlətinin görüşünün baş tutumasından məmnun olduğunu diqqətə çatdırıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR