AZƏRTAC-ın baş direktorunun birinci müavini Dağbəyi İsmayılov deyib ki, bu dəyişiklik prezident İlham Əliyevin sərəncamı ilə edilib:
"Bildiyiniz kimi, əsrin əvvəlində rabitə ancaq teleqraf üzərindən qurulurdu. Artıq internet əsrindəyik. Agentliyin adındakı "teleqraf” sözü bəzi insanlarda anlaşılmazlığa səbəb olurdu. "Teleqraf” dedikdə poçt, teleqram göndərmək başa düşürdülər”.
Birinci müavin bildirib ki, zərurət məhz bu anlaşılmazlıqdan yaranıb: "Biz təşəbbüs qaldırdıq ki, "teleqraf” sözü "informasiya” sözü ilə əvəzlənsin. Bildiyiniz kimi, bu ilin fevral ayında prezident İlham Əliyevin bu barədə sərəncamı olub. Adın dəyişdirilməsi də sərəncama uyğun icra olunub”.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il fevralın 16-daAzərbaycan Dövlət Teleqraf Agentliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyi kimi adlandırılıb.
Modern.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”