Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında əvvəllər hər həftənin cümə günü hakimiyyətdə yüksək vəzifə tutan nazirlər, komitə sədrləri və digər məmurlar mətbuat konfransı keçirirdilər.
Bu ənənə yenidən bərpa edilə bilərmi?
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az saytına deyib ki, həmin mətbuat konfranslarının əsas vəzifəsi, məqsədi hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərlə jurnalistlər arasında əlaqələrin gücləndirilməsinə xidmət etmək idi.
Hüseyn Paşayev qeyd edib ki, YAP artıq bu ənənəni formalaşdırıb:
“Belə bir ənənəni biz formalaşdırdıq və bu gün hesab edirik ki, mətbuatla hökumət nümayəndələri arasında sıx əlaqənin, münasibətin yaranmasına xeyli yardım etdik. Fikrimizcə, artıq bu cür mətbuat konfranslarının keçirilməsinə ehtiyac yoxdur”.
YAP təmsilçisi bildirib ki, hazırda həmin mətbuat konfranslarının formatı digər bir formada, yap.org.az saytında daha effektiv formada həyata keçirilir:
“YAP-ın saytında dövlət rəsmilərinin müsahibələri, ayrı-ayrı açıqlamaları olur”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR