“1918-ci il 31 Mart soyqırımı erməni vəhşiliyinin əyani və bariz sübutudur. Bu soyqırım hadisəsi ermənilərin Türk dünyasına qarşı apardıqları iyrənc və məkrli siyasəti açıq aydın ortaya qoyur”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri özünün facebook səhifəsində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev yazıb.
“Mart soyqırımı XIX əsrin sonlarında başlayaraq ermənilərin Anadoluda, 1905-06-ci illərdə Azərbaycanda,1915-ci illərdə Türkiyədə törətdikləri siyasətin davamı idi. 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan,Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar təəssüf ki,dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb. Ermənilər insanları amansızlıqla qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. On minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan prezidenti,ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib”,-deyə millət vəkili qeyd edib.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR