"Bu şəhərdə" kimləri parodiya edəcək?
"Bu şəhərdə” komandası "Millionçu” adlı yeni konsertə hazırlaşır.
Vətəninfo.az-ın məlumatına görə, komandanın ssenaristi
Müşviq Abbasov Axşam.az-a açıqlamasında yenilikləri ilə bağlı xəbər
verib. O, bu il şou-biznes nümayəndələrinə az yer ayırdıqlarını
bildirib:
"Beş yeni səhnəcik olacaq. Onlardan biri isə
parodiyadır. ATV-nin aparıcısı Mətanət Əliverdiyevanı parodiya edəcəyik.
Bu il şou-biznes nümayəndələrinə az yer vermişik. Çünki şou-biznesimiz
yoxdur, ölüb. Müğənnilər nə klip çəkdirir, nə də mahnı oxuyur. Ona görə
biz də onlardan əl çəkdik. Əsasən verilişlərə, aparıcılara üstünlük
vermişik. Ola bilsin ki, Nüşabə Ələsgərli və Nazənini parodiya etdik.
Toy səhnəsi isə olduğu kimi qalır. Yeni qonaqları olacaq".
M.Abbasov 5 gün planlaşdırdıqları konsertin günlərinin sayını artırmağı düşündüklərini bildirib:
"Hazırda
insanların əksəriyyəti istirahətdədir. Şəhərdə çox adam yoxdur. Bunu
nəzərə alsaq bilet satışlarımız yaxşıdır. Hətta bir günün bileti bitib.
Belə davam etsə, konsertin günlərini çoxaldacağıq".
Qeyd edək ki,
konsert oktyabrın 8,9,10,11,12-də Heydər Əliyev Sarayında baş tutacaq.
Gecəyə biletlərin qiyməti 10 manatdan 100 manata kimidir.